Bank Of Baku

Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Cerablusa gedib

Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Cerablusa gedib
# 25 avqust 2016 12:36 (UTC +04:00)

Bakı - APA. Bu gün səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Zəkai Aksakallı Suriyanın Cerablus şəhərinə gedib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Z. Aksakallı Türkiyə ordusunun həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terrorçularından azad edilən şəhərdə müxalif Azad Suriya Ordusunun komandirləri ilə görüşüb.

 

Qeyd edək ki, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlarda xüsusi təyinatlılar əsas rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR