Bank Of Baku

Türkiyədə baş verən hadisələrlə bağlı 2 İran vətəndaşı həbs edilib

Türkiyədə baş verən hadisələrlə bağlı 2 İran vətəndaşı həbs edilib
# 07 iyun 2013 12:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Son günlər Türkiyədə baş verən hadisələrlə bağlı həbs edilənlər arasında 2 İran vətəndaşı da var.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Müəmmar Gülər açıqlama verib.

 

Onun sözlərinə görə, İstanbulda 6, Ankarada isə 1 xarici vətəndaş tutulub: “Diplomatik pasportu olmayan həmin şəxslərdən ikisi Fransa, biri Yunanıstan, biri ABŞ, biri Almaniya, ikisi isə İran vətəndaşıdır”.

 

Bu arada İranın Türkiyədəki səfirliyi Gəzinti parkı hadisələri ilə bağlı həbsə alınan 1 İran vətəndaşının qısa müddət sonra sərbəst buraxıldığını açıqlayıb. Diplomatik korpus həmçinin keçirilən nümayişlərdə digər vətəndaşlarının tutulub-tutulmaması ilə bağlı məlumat almaq üçün Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR