Bank Of Baku

Türkiyədə baş verən terror aktlarında ölənlərin sayının 177 olduğu təsdiqlənib

Türkiyədə baş verən terror aktlarında ölənlərin sayının 177 olduğu təsdiqlənib
# 13 may 2013 14:52 (UTC +04:00)

Bakı-APA. Hatayın Reyhanlı qəsəbəsində iki gün əvvəl törədilən terror aktı nəticəsində ölənlərin sayının 177 olduğu təsdiqlənib. APA-nın məlumatına görə, Fərdi Özmən adlı jurnalist sosial şəbəkələrdə partlayışda ölənlərin aparıldığı xəstəxanalardan müvafiq statistik rəqəmləri götürərək açıqlayıb. Onun yazdığına görə, partlayışdan sonra Dəfnə xəstəxanasına 26, Antakya dövlət xəstəxanasına 44, Kırıkhan xəstəxanasına 18, Akademi xəstəxanasına 6, Akdəniz xəstəxanasına 3, Araşdırma xəstəxanasına 30, Reyhanlı  dövlət xəstəxanasına 50 meyit gətirilib. Bununla da terror aktında ölənlərin sayının 177 olduğunu daha bir müstəqil mənbə təsdiqləmiş olub. Sosial şəbəkələrdə rəqəmləri açıqlayan jurnalist Fərdi Özmənin artıq həbs olunduğu barədə məlumatlar yayılıb.

 

Qeyd edək ki, partlayışdan dərhal sonra AKP hökuməti Radio Televiziya Ali Qurumuna (RTÜK) müraciət edərək terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyulmasını tələb edib. RTÜK dərhal bununla bağlı qərar qəbul edib. Rəsmi dairələr terror aktında ölənlərin sayının 46 olduğunu bildirir, xarici mətbuat orqanları, o cümlədən The Sun, Le Monde, The Telegraph, BBC kimi media quruluşları terror aktında ölənlərin sayının 120-160 arasında olduğu barədə xəbər yayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR