Bakı - APA. Türkiyədə 2010-cu ildə dövlət qulluğuna qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı 7 min 500 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə qərarnamə qəbul edilib.
Ölkədən çıxışına qadağa qoyulanlar sırasında hakim, prokuror, vəkil, bəzi qurumların baş direktoru, baş direktor müavinləri və idarə rəisləri var.