Bank Of Baku

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb
# 17 iyul 2016 13:20 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

 

B. Bozdağ deyib ki, hərbçi, hakim və prokurorlar  daxil olmaqla, 6 min nəfər civarında saxlanılan var.  Ədliyyə naziri saxlanılanların sayının 6 min nəfəri də keçəcəyini bildirib.

 

Bu arada Adanada İncirlik hərbi bazasının türk komandiri general Bekir Ercan Van da saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR