Bank Of Baku

Türkiyədə keçirilən aksiyalarda həbs edilənlər arasında bir İran vətəndaşı da var

Türkiyədə keçirilən aksiyalarda həbs edilənlər arasında bir İran vətəndaşı da var
# 05 iyun 2013 09:19 (UTC +04:00)

APA-nın Türkiyənin “Zaman” qəzetinə istinadən məlumatına görə, Türkiyə polisi Şayan Şamlunun tutulduğu ərazidəki kamera görüntülərini araşdırıb. Nəticədə İran vətəndaşının 3-4 iyun tarixləri arasında Ankara şəhərinin Qızılaypara və Güvən parklarında öz hərəkətləri ilə nümayişçilərə təsir göstərdiyi və istiqamətləndirdiyi məlum olub. Ş.Şamlu tanınmamaq üçün sifətini də bağlayıb. Artıq Türkiyə polisi İran vətəndaşının telefon danışıqlarını da araşdırmağa başlayıb.

 

Qeyd edək ki, İran Türkiyədə baş verən hadisələrlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. İranın Türkiyədəki səfirliyinin bununla bağlı yaydığı açıqlamada İstanbul və Ankara şəhərlərində keçirilən aksiyalara toxunulub: “Bu ölkədə yaşayan, yaxud Türkiyəyə turist kimi səfər edən və ya etmək istəyən vətəndaşlarımızı öz təhlükəsizliklərini qorumağa və hər cür xoşagəlməz hadisənin qarşısının alınması üçün aksiyaların keçirildiyi və toqquşmaların baş verdiyi ərazilərə getməməyə çağırırıq. Eyni zamanda İran vətəndaşlarından hər cür problemlə üzləşdikləri təqdirdə İranın Ankara, İstanbul, Trabzon və Ərzrumdakı nümayəndəliklərinə müraciət etmələrini istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR