Bank Of Baku

Türkiyədə silsilə qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb

Türkiyədə silsilə qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb
# 12 iyun 2016 09:16 (UTC +04:00)

Bakı-APA. Türkiyədə silsilə qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə,  polis İstanbul və Ankarada 3 nəfəri öldürməkdə şübhəli sayılan Atalay Filizi bu gün İzmirin  Menderes rayonunda bir parkda yaxalayıb.

 

A. Filiz 2013-cü ildə Ankarada general Hasan Hüseyn Demirarslanın oğlu Göktuğla rus əsilli sevgilisi Yelena Radçikovanı, bu il mayın 27-də isə tarix müəlliməsi Fatma Kayıkçını öldürməkdə ittiham edilir. A. Filiz itkin düşən rus əsilli sevgilisini də qətlə yetirməkdə şübhəli sayılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR