Bank Of Baku

Türkiyənin baş naziri İrana ikigünlük səfərə gəlib

Türkiyənin baş naziri İrana ikigünlük səfərə gəlib
# 05 mart 2016 02:55 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti İranın paytaxtı Tehrana  ikigünlük səfərə gəlib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri, gömrük və ticarət naziri, energetika və təbii ehtiyatlar, həmçinin nəqliyyat, dənizçilik və rabitə nazirləri təmsil olunublar.   

 

Türkiyənin  baş naziri İranın birinci vitse-prezidenti Eshaq Cahangiri, XİN rəhbəri Məhəmməd Cavad Zəriflə ilə danışıqlar aparacaq və sonda İran prezidenti Həsən Ruhani tərəfindən qəbul ediləcək.  

 

Görüşdə ikitərəfli münasibətlər, regionun preoblemləri və Ankara-Tehran arasında ticari-iqtisadi əlaqələr müzakirə ediləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR