Bakı-APA. Türkiyədən fələstinlilər üçün göndərilən humanitar yardımının ilk konteyneri Qəzza zolağı ilə sərhəddə yerləşən “Kerem-Şalom” nəzarət-keçid məntəqəsinə çatdırılıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail müdafiə nazirliyinin məlumatında bildirilir.
Ötən gün içərisində 11 min tonluq humanitar yardım olan yük gəmisi İsrail Aşdod limanına çatıb. Yardım un, düyü, şəkər, günəbaxan yağı və digər ərzaq məhsulları, həmçinin geyim, ayaqqabı, oyuncaqlar və uşaq bezlərindən ibarətdir.
Qeyd edək ki, humanitar yardımın göndərilməsi iyunun 28-də Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmadan sonra mümkün olub.