Bank Of Baku

Türkməneli Vəqfi Kültür Mərkəzinin başqanı: “İraqın şimalında İraq ordusu yoxdur”

Türkməneli Vəqfi Kültür Mərkəzinin başqanı: “İraqın şimalında İraq ordusu yoxdur”
# 14 iyul 2014 12:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Artıq  üç gündür Türkməneli bölgəsindən İraq ordusu geri çəkilib. İndi İraqın şimalında İraq ordusu yoxdur”.

 

Bu sözləri APA-ya açıqlamasında Türkməneli Vəqfi Kültür Mərkəzinin başqanı Mustafa Ziya deyib. M. Ziya bildirib ki, İŞİD (İraq Şam İslam Dövləti) Mosul və Telafer şəhərlərini, türkmən  bölgələrini ələ keçirdikdən sonra 200 min türkmən bu ərazidən qaçıb: “Hazırda həmin ərazilərin bir qismi İŞİD, bir qismi də türkmənlərin nəzarətindədir”.

 

M. Ziyanın sözlərinə görə, Kərkükdən 20 min türkmən qaçıb: “İŞİD çox amansız idi. Uşaqları öldürür, qadınlara təcavüz edirdi. Qaçan adamlar hamısı evsiz-eşiksiz qalıblar. Eyni zamanda ərzaq problemləri də var. Heç bir yerə gedə bilmirlər. Çünki hər tərəfdə İŞİD ordusu var”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR