Bakı. Real Cəfərli – APA. İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhəri ilə Türkiyənin İstanbul şəhəri arasında birbaşa aviareys açılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, mayın 9-da Qərbi Azərbaycan vilayətinin valisinin müavini Qulamrza Dizəcnejad və “Onur Air” hava yolları şirkəti direktorunun müavini Nasuh Çətinin iştirakı ilə ilk uçuş həyata keçirilib.
Qeud edək ki, Urmiya-İstanbul aviareysi həftədə üç dəfə həyata keçiriləcək.