Bank Of Baku

Urmiyada 4 nəfər edam edilib

Urmiyada 4 nəfər edam edilib
# 27 dekabr 2013 08:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 4 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

 

Onlar dekabrın 25-də 6 məhbus edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülüblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 26-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında asılıblar.

 

Məhbusların ad və soyadlarını da müəyyənləşdirmək mümkün olub. Bunlar Məhəmməd Qızılbaş, Hiva Müjdei, Mehdi Ağacani və Həsən Xəbbazidir. Digər iki məhbus - Əsəd Mərufi və Seyid Məhəmməd Rəsuli isə edam hökmləri icra edilmədən yenidən Urmiya şəhərinin mərkəzi həbsxanasına geri qaytarılıblar. Onlara öz işlərindən şikayət vermək hüququ tanınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR