Bank Of Baku

Xalidə Xalidlə həbs edilmiş azərbaycanlı fəalın istintaqı yekunlaşıb

Xalidə Xalidlə həbs edilmiş azərbaycanlı fəalın istintaqı yekunlaşıb
# 25 iyun 2013 13:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas araşdırmaçı Xalidə Xalidə görə həbs edilmiş azərbaycanlı fəalın istintaqı yekunlaşıb.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Məhəmməd (Oxtay) Rəşidi hakimiyyət əleyhinə təbliğat aparmaq və bir qrup adamı evində toplamaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərməkdə ittiham edilib. Azərbaycanlı fəalın məhkəmə prosesinin nə vaxt keçiriləcəyi məlum deyil.

 

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanılan M.Rəşidi hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasındadır. Onun məhkəməyədək zəmanətlə azadlığa buraxılacağı da ehtimal edilir. Bu məsələyə görə həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə də hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanılır. Ancaq ona qarşı hansı ittihamların irəli sürülməsi barədə hələlik heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, Məhəmməd Rəşidi, Xalidə Xalid, sürücüsü Şamxal Hüseynov, aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən tutulub. Onlar azərbaycanlı fəalın ata evində Məhəmməd Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir.

 

Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR