Bank Of Baku

Xaricdə yaşayan İran vətəndaşlarının səsvermədə iştirakını təmin etmək üçün 120 ölkədə seçki məntəqəsi yaradılacaq

Xaricdə yaşayan İran vətəndaşlarının səsvermədə iştirakını təmin etmək üçün 120 ölkədə seçki məntəqəsi yaradılacaq
# 14 may 2013 07:16 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran vətəndaşları 120 ölkədə yaradılacaq 280 seçki məntəqəsində səs vermək imkanı qazanacaqlar. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Konstitusiyaya Nəzarət Şurası (Şura-ye Negahban) qərar qəbul edib.

 

Qeyd edək ki, bu il iyunun 14-də İranda prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədliyini qeydiyyata aldırmaq üçün 686 nəfər müraciət edib. Bununla da iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyata alma mərhələsinə yekun vurulub.

 

Qeydiyyatdan keçənlərdən 656 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 539 nəfər ailəli, 147 nəfər subaydır. Ən gənc namizədin 39, ən yaşlı namizədin isə 87 yaşı var. Artıq İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi və Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikir namizədliklərini geri götürməklə seçki marafonuna qatılmaqdan imtina ediblər.

 

Mayın 12-16-da Konstitusiyaya Nəzarət Şurası həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Ehtiyac duyularsa, bu müddət 5 gün də uzadıla bilər. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə Şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq.

 

Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyata alma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb. İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını bildirib. Təbliğat kampaniyası zamanı hər bir namizədə 6 saat mili televiziyada, 4 saat isə milli radioda efir vaxtı veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR