Bank Of Baku

XİN rəhbəri: “Avstraliyanın Türkiyədəki səfiri Ankaradakı partlayışın 20 metrliyində olub”

XİN rəhbəri: “Avstraliyanın Türkiyədəki səfiri Ankaradakı partlayışın 20 metrliyində olub”
# 14 mart 2016 02:32 (UTC +04:00)

Bakı-APA. Ankarada törədilən partlayış anında Avstraliyanın Türkiyədəki səfiri Ceyms Larsen hadisə yerindən 20 m aralıda, xidməti avtomobilində olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib.

 

“Mən onunla telefonla danışdım. O böyük sarsıntı keçirib, indiyədək özünə gələ bilmir”, deyə C.Bişop qeyd edib.

 

Nazir əlavə edib ki, partlayış nəticəsində Avstraliya vətəndaşları zərər çəkməyib.


Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb. 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR