Bakı – APA. Yaponiya hökuməti 280 adanı milliləşdirmək niyyətindədir.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, həmin adalar ölkənin ərazi sularında, ya da iqtisadi zonasında yerləşir.
Yaponiya hökuməti nümayəndələrinin sözlərinə görə, yaxın zamanlarda müvafiq akvatoriyada yerləşən adaların sahiblərinin olub-olmaması müəyyənləşdiriləcək və bundan sonra sahibsiz adalar milliləşdiriləcək.
Adalarla bağlı yoxlamalar Yaponiya hökuməti tərəfindən 5 il öncə qəbul olunan proqram çərçivəsində aparılacaq. Bu vaxtadək proqramın icrası çərçivəsində 99 ada milliləşdirilib. Həmin adaların sahiblərini tapmaq mümkün olmayıb.