Bank Of Baku

Yaponiyada 3 800 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Yaponiyada 3 800 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib
# 26 iyul 2016 04:57 (UTC +04:00)

Bakı-APA. Yaponiyada iyulun 18-dən 24-dək davam edən anomal istilər nəticəsində 3798  nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 2-si dünyasını dəyişib, 58 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.

 

Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağını proqnozlaşdıran  yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR