Bakı – APA. Yaponiyada 905 məktəbli və 41 müəllim mədə-bağırsaq virusuna yoluxub.
APA – nın məlumatına görə, bu barədə “Channel News Asiya” xəbər yayıb.
Kütləvi yoluxma Hamamtsu şəhərinin 14 məktəbində qeydə alınıb. Onlardan 12-də karantin elan edilib.
Uşaqlarda və böyüklərdə yüksək hərarət, ürəkbulanma və ishala səbəb olan norovirus aşkarlanıb.
Hazırda baş verənlərin səbəbləri araşdırılır.