Bank Of Baku

Yaponiyada turistləri daşıyan avtobus aşıb, 14 nəfər ölüb, 27 nəfər yaralanıb

Yaponiyada turistləri daşıyan avtobus aşıb, 14 nəfər ölüb, 27 nəfər yaralanıb
# 15 yanvar 2016 04:21 (UTC +04:00)

Bakı-APA. Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb,  nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib.   

 

“41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb”, deyə o bildirib.  

 

Məlumata görə,  turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb.  

 

Polis qəzanın səbəblərini araşdırır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR