Bakı-APA. Yeni Zelandiyada Kuinstaun aeroportunda Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində təmizlik işləri aparan xadimə təyyarədə bomba olması barədə məktub tapıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, məktub təyyarə aeroporta enəndən və sərnişinlər təyyarəni tərk edəndən sonra aşkarlanıb.
Hüquq-mühafizə orqanları araşdırma aparır. Aeroport normal rejimdə fəaliyyətini davam etdirir.