Bank Of Baku

YPG Suriyada ələ keçirdiyi aerodroma terrorçu Abdulla Öcalanın adını verib

YPG Suriyada ələ keçirdiyi aerodroma terrorçu Abdulla Öcalanın adını verib
# 18 fevral 2016 11:01 (UTC +04:00)

Bakı-APA. PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin silahlı qruplaşması olan YPG ələ keçirdiyi aerodroma Abdulla Öcalanın adını verib.

 

APA-nın “The Times” qəzetinə istinadən xəbərinə görə, Suriyanın Azez şəhəri yaxınlığındakı Minnağ aerodromunun adı dəyişdirilərək, "Serok Apo" (“Öndər Apo”) adlandırılıb. BBC isə YPG-nin Türkiyə Silahlı Qüvvələrinin beş gündür top atəşinə tutduğu Tel-Rıfat şəhərinin adını "Arpet" olaraq dəyişdiyini barədə məlumat yayıb.

 

 

Qeyd edək ki, ABŞ YPG ilə PKK-nın eyni təşkilat olmadığını bəyan edib. Rəsmi Vaşinqton YPG-nin terrorçu qruplaşma olmadığını, onlara İŞİD-lə mübarizə aparan silahlı birləşmə kimi hər cür dəstək verəcəyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR