Bank Of Baku

Yukiya Amano: “İran Buşəhr AES-dən başqa, digər nüvə obyektlərinə AEBA müfəttişlərinin nəzarət etməsinə icazə vermir”

Yukiya Amano: “İran Buşəhr AES-dən başqa, digər nüvə obyektlərinə AEBA müfəttişlərinin nəzarət etməsinə icazə vermir”
# 26 iyun 2013 14:30 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın Buşəhr Atom Elektrik Stansiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır və təhlükəsizlik məsələsində heç bir problem yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano bildirib.

 

Onun sözlərinə görə, agentlik yalnız Buşəhr AES-ə nəzarət edə bilir: “İran digər nüvə obyektlərinə AEBA müfəttişlərinin nəzarət etməsinə icazə vermir”.

 

Y. Amano deyib ki, İran nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yollarla həll edilə biləcəyinə inanır: “Bu yol qətiyyətlə faydalı olar. Ancaq görüşlərin konstruktiv və müəyyən nəticələri olması da lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR