Bank Of Baku

Yukiya Amano: “Sanksiyaların İranın nüvə proqramına heç bir təsiri olmayıb”

Yukiya Amano: “Sanksiyaların İranın nüvə proqramına heç bir təsiri olmayıb”
# 18 iyun 2013 12:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Sanksiyaların İranın nüvə proqramına heç bir təsiri olmayıb”. APA-nın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.

 

Onun sözlərinə görə, İrana qarşı sanksiyaların tətbiq edilməsinə baxmayaraq, bu ölkə hələ də durmadan özünün nüvə proqramını davam etdirir: “Mən hələ sanksiyaların heç bir təsirini görmürəm”.

 

Y.Amano deyib ki, İranla AEBA arasında nüvə müzakirələri davam etdiriləcək: “Agentlik yekun nəticə əldə etmək üçün görüşlər keçirməkdə qərarlıdır. Biz İranla müzakirələri davam etdirməyə hazırıq, ancaq hələlik tərəflər arasında növbəti görüşün tarixi müəyyənləşdirilməyib. Növbəti müzakirə tarixi AEBA mütəxəssisləri ilə İran nümayəndələri arasında keçiriləcək görüşdə müəyyənləşdiriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR