Bank Of Baku

İranın XİN rəhbəri: "Səudiyyə Ərəbistanı və Qətər Türkiyədəki çevrilişdə maraqlı olublar"

İranın XİN rəhbəri: "Səudiyyə Ərəbistanı və Qətər Türkiyədəki çevrilişdə maraqlı olublar"
# 19 iyul 2016 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Aralarında Səudiyyə Ərəbistanı və Qətərin də olduğu bəzi dövlətlər Türkiyədə hərbi çevrilişə cəhd baş verərkən narahatlıq keçirmədilər.  Bununla bağlı düşünmək lazımdır”.

 

APA-nın  “hurriyet.com.tr”yə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentin qapalı iclasında çıxışı zamanı deyib. O bildirib ki, məhz bu dövlətlər Türkiyədəki hərbi çevrilişin uğurla nəticələnməsini istəyiblər.

 

Nazir dünyanın hansı ölkəsinə olursa olsun, çevrilişə qarşı çıxdıqlarını və baş vermiş hadisələrdən təəssüf keçirdiklərini diqqətə çatdırıb.

 

Qapalı toplantı barədə məlumat verən iranlı millət vəkili Qulamreza Cəfərzadə qeyd edib ki, C. Zərif Səudiyyə Ərəbistanının Türkiyədəki hərbi çevrilişdə əlinin olması ilə bağlı güclü ehtimalların olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR