“Türkiyədə baş verən zəlzələ son 100 ilin ən böyük fəlakətlərindən biridir”.
APA xəbər verir ki, bunu Ankaraya gələn İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
"Biz Türkiyə xalqına ən dərin başsağlığımızı veririk. Biz Türkiyəyə dəstəyimizi verəcəyik. İsrail Türkiyənin yanında olacaq.
Hər gün yüzlərlə telefon zəngi alırıq. Vətəndaşlarımız Türkiyəyə gəlmək, yardım etmək, həyat xilas etmək istəyirlər. Onlar bu zəlzələdə yaxınlarını itirənlərə sığınacaq vermək, onların yanında olmaq istəyirlər", - XİN rəhbəri vurğulayıb.