Bank Of Baku

Xirosimada nüvə partlayışı qurbanlarının xatirəsini anma mərasimi keçirilir

Xirosimada nüvə partlayışı qurbanlarının xatirəsini anma mərasimi keçirilir
# 06 avqust 2023 04:21 (UTC +04:00)

Xirosima Sülh Parkında atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi başlayıb.

APA-nın xəbərinə görə, anma mərasimi hər il Sülh Parkında bombardman qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında keçirilir.

Hər il mərasim səhər saat 8-də (Bakı vaxtı ilə 04.00) abidə önünə əklillərin qoyulması ilə başlayır və saat 8.15-də - Xirosima üzərində atom partlayışının baş verdiyi saatda bir dəqiqəlik sükut elan edilir. Mərasimin sonunda sülhün simvolu olan ağ göyərçinlər səmaya buraxılır.

Bu il tədbirdə Yaponiyanın naziri Fumio Kişida, hökumət üzvləri, 100-dən çox dövlətin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu il şəhər rəhbərliyi Rusiya və Belarus səfirliklərinə dəvət göndərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR