Ölkənin şimalındakı Hokkaydo adasını təhdid edən raket buraxılışı ilə əlaqədar Yaponiya hökuməti KXDR-ə etiraz edib.
APA-nın məlumatına görə, bunu Yaponiya Müdafiə Nazirliyinin nümayəndəsi parlamentin Xarici siyasət və təhlükəsizlik komitəsində dinləmələr zamanı deyib.
***
05.45
Yaponiya hökuməti Şimali Koreyanın Hokkaydo adasına raket atması riski ilə əlaqədar təxliyə elan edib.
APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, Yaponiya hökuməti J-Alert xəbərdarlıq sistemindən istifadə edərək, yerli sakinləri təcili olaraq yeraltı metro stansiyalarına və ya sığınacaqlara sığınmağı xahiş edib.