Bank Of Baku

Yaponiyada zəlzələ zamanı bir nəfər ölüb, 27-si yaralanıb

Yaponiyada zəlzələ zamanı bir nəfər ölüb, 27-si yaralanıb
# 06 may 2023 07:42 (UTC +04:00)

Yaponiyanın İsikava prefekturasında ötən gün baş vermiş bir neçə zəlzələdə xəsarət alanların sayı 27 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, xəsarət alanların əksəriyyəti Sudzu kəndinin sakinləridir.

İki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bir kişinin pilləkənlərdən yıxılaraq öldüyü məlum olub.

Zəlzələ Yaponiyanın əsas adasının mərkəzi hissəsində, Yapon dənizi sahilində baş verib.

Seysmoloqlar zəlzələnin 6,5 bal olduğunu deyiblər.

Yeraltı təkanlar yerin 12 kilometr dərinliyində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR