Yəmən hökuməti və husilər arasında əsir mübadiləsi olacaq.
APA xəbər verir ki, bu barədə "Alhadath" telekanalı dövlət rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi mənbə bildirib ki, Yəmən hakimiyyəti və "Ənsar Allah" silahlı hərəkatı (başqa adla husilər kimi tanınır) əsirlərin dəyişdirilməsi prosesinə aprelin 14-də başlayacaq.
Onun sözlərinə görə, üç gün davam edəcək mübadilənin birinci mərhələsində 72 əsir dəyişdiriləcək.