Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisi raketlə vurulub.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) “X” hesabındakı paylaşımında deyilir.
"Təhlükəsizlik işçisi gəminin raketlə vurulduğunu bildirir. Yanğın, su sızması və neft sızması olmayıb. Gəmi təyinat limanına doğru hərəkətini davam etdirir", - deyə paylaşımda deyilir.
Hadisənin Ədənin 125 dəniz mili şərqində baş verdiyi bildirilir.