Bank Of Baku

Yəməndə Cənubi Keçid Hökumətinin başçısı vəzifədən uzaqlaşdırılıb

Cənubi Keçid Hökumətinin keçmiş başçısı- Aydarus əl-Zübeydi

© APA | Cənubi Keçid Hökumətinin keçmiş başçısı- Aydarus əl-Zübeydi

# 07 yanvar 2026 13:25 (UTC +04:00)

Yəməndə Cənubi Keçid Hökumətinin (CKH) başçısı Aydarus əl-Zübeydi vəzifəsindən azad edilib.

APA “Al Jazeera” kanalına istinadən xəbər verir ki, əl-Zübeydi danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına getməkdən imtina edərək qaçdıqdan sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınan Prezident Şurasının hökuməti tərəfindən vətənə xəyanətdə ittiham olunub.

Bir müddət harada olduğu məlum olmayan əl-Zübeydinin Ədən şəhərində olduğu CKH tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Yəmən böhranının həlli məqsədilə Cənubi Keçid Hökumətinin başçısını Ər-Riyadda danışıqlara dəvət edib.

Cənubi Keçid Hökuməti isə Səudiyyə Ərəbistanına göndərdiyi heyətlə əlaqənin kəsildiyini bildirərək, rəsmi Ər-Riyadı əlaqəni bərpa etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR