Bank Of Baku

Yəməndəki Ərəb Koalisiyası qüvvələrinin komandanı dəyişdirilib

Yəməndəki Ərəb Koalisiyası qüvvələrinin komandanı dəyişdirilib
# 16 noyabr 2026 17:34 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Saud Yəməndə husilərə qarşı vuruşan Ərəb Koalisiyası qüvvələrinin rəhbəri general-leytenant Fəhd bin Həməd bin Əbdüləziz Əl-Salmanı vəzifəsindən azad edib.

“Arab News”un xəbərinə görə, Fəhd bin Həməd Səudiyyə Ərəbistanı müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Baş Qərargah rəisi, general-leytenant Fəyyad bin Hamed ər-Rüveyli isə Yəməndə Birləşmiş Qüvvələrin (Ərəb koalisiyası) komandanı təyin edilib.

Məlumata görə, kral fərmanı ilə Fəyyad bin Hamed ər-Rüveylinin hazırkı vəzifəsini saxlamaqla yanaşı, yeni vəzifəni də icra etməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR