Zelenski Səudiyyə Ərəbistanına səfər edib - FOTO

Zelenski Səudiyyə Ərəbistanına səfər edib - FOTO
# 27 fevral 2024 17:46 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında məlumat verib.

Ukrayna dövlət başçısı bildirib ki, o, Səudiyyə Ərəbistanına əlahəzrət vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə müntəzəm dialoqu davam etdirmək üçün səfər edib. Prezident Zelenski səfəri çərçivəsində keçirəcəyi görüşlərin mövzusu barədə bildirib ki, o, Sülh Formulunu müzakirə edəcək: "Keçən il Sülh Formulunun həyata keçirilməsini müzakirə etmək üçün Ciddədə müşavirlərin toplantısı baş tutdu. Biz indi ilk Sülh Sammitinin keçirilməsinə yaxınlaşırıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə ümid edirik".

Zelenski qeyd edib ki, o, həmçinin əsirlərin və deportasiya edilənlərin qaytarılması məsələsini müzakirə edəcək. Səudiyyə Ərəbistanının ukraynalı əsir və girovların geri qaytarılmasına öz töhfəsini verdiyini xatırladan Zelenski bu görüşün də öz nəticəsini verəcəyinə inandığını deyib.

"Biz həmçinin iqtisadi əməkdaşlığın perspektivli sahələrini və Səudiyyə Ərəbistanının Ukraynanın yenidən qurulmasında iştirakını müzakirə edəcəyik", o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR