Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, xeyli sayda ölən və yaralanan var -YENİLƏNİB

 Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, xeyli sayda ölən və yaralanan var <span style="color: red;">-YENİLƏNİB
# 14 yanvar 2016 03:10 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

***

04:28

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR