ƏƏSMN Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə sosial xidmət müəssisələrində tədbirlər keçirib - FOTO

ƏƏSMN Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə sosial xidmət müəssisələrində tədbirlər keçirib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 14:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şaqan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbirlər keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər zamanı bildirilib ki, BMT Baş Assambleyasının müvafiq qərarına əsasən, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Tədbirlərdə uşaqlarla bağlı həyata keçirilən sosial təminat sistemindən, ayrı-ayrı kateqoriyalardan olan uşaqların aylıq və birdəfəlik sosial müavinətlə təmin olunmasından söz açılıb. Sosial xidmət müəssisələrində yaşayan uşaqların hərtərəfli qayğı ilə təmin olunması yönündə görülən mühüm işlər qeyd olunub. Şaqan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqlar üçün müasir tələblər səviyyəsində şəraitin yaradılmasında Heydər Əliyev Fondunun dəstəyi vurğulanıb. Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində görülən işlərə də toxunulub. Qeyd olunub ki, təkcə bu ilin ilk rübündə ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox, yəni 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib.

Bayram tədbirlərində uşaqlara müxtəlif hədiyyələr verilib, sağlamlıq imkanları məhdud uşaqların ifasında mahnı və şerlər səslənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR