Avropa Kilsәlәr Konfransının vitse-prezidenti: “Terrorçuların dini yoxdur”

Avropa Kilsәlәr Konfransının vitse-prezidenti: “Terrorçuların dini yoxdur”
# 18 may 2015 13:13 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. "Mәdәniyyәtlәrarası dialoqdan danışarkәn dini unutmamalıyıq".

APA-nın mәlumatına görә, bunu Fransadakı Avropa Kilsәlәr Konfransının vitse-prezidenti Metropolitan Emmanuel Bakıda keçirilən III Dünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә "Zorakı ekstremizmә qarşı mübarizә" sessiyasında çıxışı zamanı deyib.

Onun sözlәrinә görә, müasir dünyada azadlıqlar tәmin edilsә dә, bu azadlıqlar bәzi yerlәrdә mәhdudlaşdırılır: “Biz bunu Parisdәki terror hadisә zamanı gördük. Digәr insanlara insani münasibәt bәslәmәliyik. Bu gün din heç vaxt tarixdә görünmәdiyi şәkildә populyar olub. Zorakı ekstremizmin mövcud olduğu ölkәlәrә gәldikdә isə görürük ki, oralarda dini plüralizm üçün şәrait yoxdur”.

Dini tәhsilin vacibliyini önə çəkən M. Emmanuel tarixi, dini kitablara xüsusi diqqәt yetirilmәsinin əhəmiyyətini önə çəkib. “Biz gәnc dini liderlәr yetişdirmәliyik. Onlar dialoqlarımızda iştirak etmәlidirlәr. Biz gәnc siyasәtçilәrlә dialoq qurmalıyıq. Dinlə bir çox hallarda manipulyasiya edilir. Dinә cin paltarı geyindirmәli deyilik. Din adı altında törәdilәn cinayәt dinә qarşı törәdilәn cinayәtdir. Terrorçuların dini yoxdur. Biz gәnclәrimizi bu istiqamәtdә mәlumatlandırmalıyıq. Bir-birimizә hörmәtlә yanaşmalıyıq, mәhz bu halda ayrı-seçkiliyin yaratdığı fәsadları aradan qaldıra bilәrik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR