Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - VİDEO

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 06:41 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 28-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 23-ü ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0056 manat və ya 0,48% artaraq 1,1732 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,01% bahalaşaraq 0,0160 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR