Bank Of Baku

Türkiyədəki bir dağda Atatürkün siluetinin görünməsi ilə əlaqədar növbəti şənlik keçiriləcək

Türkiyədəki bir dağda Atatürkün siluetinin görünməsi ilə əlaqədar növbəti şənlik keçiriləcək
# 20 iyun 2008 13:50 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 12 ildir keçirilən şənliklər hər il iyunun 15-də və iyulun 5-də Damal kəndi ərazisindəki Qaradağ adlanın dağın üzərində möcüzəli şəkildə Mustafa Kamal Atatürkün siluetinin görünməsi ilə əlaqədar təşkil olunur. Siluet bu il iyunun 15-də də görünüb və əraziyə ilk dəfə gələn insanlar şahidi olduqları mənzərədən heyrətləniblər. Damal sakinləri isə cümhuriyyətin qurucusunun dağda əks olunan siluetini zurna-balabanla qarşılayıblar.
Qeyd edək ki, silueti ilk dəfə 1954-cü ildə ərazidə mal-qara otaran çoban fərq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR