Bank Of Baku

Makedoniya adını dəyişə bilər

Makedoniya adını dəyişə bilər
# 20 iyun 2008 14:27 (UTC +04:00)
Skopye APA. İyunun 23-də Makedoniya və Yunanıstan arasında bu Balkan ölkəsinin adı ətrafında yaranmış anlaşılmazlığın aradan qaldırılması məqsədilə aparılan danışıqların yeni raundu başlayacaq. APA-nın xəbərinə görə, müzakirələrdə BMT-nin problem üzrə xüsusi vasitəçisi Metyu Nimits də iştirak edəcək. Makedoniyanın adının dəyişdirilməsinə dair son müzakirə raundu cair ilin mart ayının 25-də baş tutub. Yunanıstan mətbuatı bildirir ki, yeni raund ABŞ-ın təzyiqləri altında başlayacaq və bu dəfə kompromis variant olaraq ölkənin “Yeni Makedoniya Respublikası” adlandırılması təklif olunur. Rəsmi Afina bu təklifin araşdırıldığını bəyan edib. Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ölkənin adında “Makedoniya” sözünün olmasına qarşı çıxmadıqlarını, lakin ona hər hansı coğrafi ifadənin əlavə olunmasını istədiklərini deyib. Makedoniyanın baş naziri Nikola Qruyevski Avropa Birliyinin ortaq xarici və təhlükəsizlik siyasəti üzrə komissarı Havyer Solana ilə görüşündə üzərində kompromis əldə olunacaq ad variantının referenduma çıxarılacağını söyləyib.
Qeyd edək ki, Makedoniyanın NATO-ya qəbulu aprel ayında Yunanıstan tərəfindən əngəlləndikdən sonra rəsmi Skopye cari ilin sonuna kimi AB üzvlüyü üçün müzakirə tarixi almağa cəhd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR