Bank Of Baku

Kosovo ilk səfirlikliklərini açacaq

Kosovo ilk səfirlikliklərini açacaq
# 20 iyun 2008 14:28 (UTC +04:00)
Priştina. Kərim Həsənli APA. Kosovo prezidenti Fatmir Seydiu müstəqilliyini birtərəfli qaydada elan edən əyalətin istiqlaliyyətini ilk olaraq tanıyan 9 ölkədə diplomatik nümayəndəliklərin təsis olunması barədə fərman imzalayıb. APA-nın xəbərinə görə, Kosovonun ilk səfirlikləri Brüssel, Vaşinqton, London, Berlin, Paris, Roma, Vyana, Bern və Tiranada fəaliyyət göstərəcək. Bununla bərabər səfirliklərin praktik olaraq açılması məsələsi öz həllini tapmayıb. Serbiya yeni qərara hələlik rəsmi şəkildə münasibət bildirməsə də, Priştinanın bu addımı rəsmi Belqradda kəskin narazılıq yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR