Bank Of Baku

Bosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Bosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
# 20 iyun 2008 14:28 (UTC +04:00)
Sarayevo. Kərim Həsənli APA. Avropa futbol çempionatının dörddə bir final mərhələsi çərçivəsində Xorvatiya-Türkiyə matçı Bosniya və Herseqovinanın ən böyük şəhərlərindən biri Mostarda gərginliyə səbəb olub. APA-nın məlumatına görə, əhalisinin yarısı xorvatlar, yarısı isə müsəlman bosniyalılardan ibarət Mostarın polis idarəsinin rəisi Himzo Dyonko matç zamanı və sonra şəhərdə 1000 polis əməkdaşının asayişə nəzarət edəcəyini bildirib: “Əlimizdə olan məlumata əsasən Türkiyə milli komandasını dəstəkləyən bosniyalı müsəlmanlar və Xorvatiyaya azarkeşlik edən bosniyalı xorvatlar arasında əvvəlcədən dava planlaşdırılıb. Bununla əlaqədar lazımı tədbirləri görmüşük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR