İstanbulda 13 cəsəd tapılıb

İstanbulda 13 cəsəd tapılıb
# 30 iyul 2008 10:43 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin İstanbul şəhərinin Kiçikçəkməcə rayonu ərazisində 13 meyit tapılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün səhər polis Kiçikçəkməcənin Qayabaşı kəndi yaxınlığına atılmış 13 insan cəsədi aşkarlayıb. Ölənlərin çoxunun Türkiyə vasitəsilə qanunsuz yolla Avropaya keçmək istəyən pakistanlılar olduğu bildirilir. Onların hansı şəraitdə öldüyü bəlli deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR