Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq olunmasının istisna edilməməli olduğunu bildirib.
O, bu barədə RND media qrupuna müsahibəsində danışıb.
Rövekamp qeyd edib ki, Bundesverə hazırkı göstəricilərlə müqayisədə 50 faiz daha çox peşəkar hərbçi və üç dəfədən çox çağırışçı lazımdır.
“Bu hədəfə könüllülük prinsipi ilə çatmaq mümkün olacaq, yoxsa yenidən məcburi hərbi xidmətə qayıtmalı olacağıq – bu qərarı gələn il verməli olacağıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, Bundesver yeni hərbi qeydiyyat sistemi ilə yanaşı, klassik hərbi çağırış üsullarından da istifadə etməyə davam edir və hazırda müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.