Türk Tarix Qurumuna yeni sədr təyin olunub
01 avqust 2008 09:44 (UTC +04:00)
Ankara – APA. Türk Tarix Qurumuna (TTQ) yeni sədr təyin olunub. APA-nın məlumatınsa görə, bu vəzifəyə Türkiyə Polis Akademiyasının müəllimi, professor Əli Birinci təyin edilib. Ə. Birincinin Fətullah Gülənə yaxın şəxs olduğu bildirilir. O, Qazi Universitetinin Atatürkü təhqir edən müəllimi Atilla Yaylaya dəstək verən, ali məktəblərdə qızların baş örtüyü taxmasının lehinə çıxış edən şəxs kimi də tanınır. Bundan başqa, Ə. Birincinin Türkiyə prezidenti Abdulla Güllə də yaxşı münasibətlərinin olduğu iddia edilir.
Qeyd edək ki, TTQ-nun əvvəlki sədri Yusuf Halaçoğlu bir neçə gün əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Rəsmi olaraq, onun səlahiyyət müddətinin başa çatdığı üçün sədrlikdən uzaqlaşdırıldığı açıqlansa da, Y. Halaçoğlunun Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişləndirilməsinə qarşı çıxdığından vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

Avropa
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:43
19 may 2024
Reuters: Slovakiya Fikonu öldürməyə cəhd edən şəxsin təkbaşına hərəkət etmədiyi versiyasını yoxlayır
18:57
19 may 2024
Business Insider: NATO-nun artıq Ukrayna üzərində səmanı necə qorumaq modeli var
18:38
19 may 2024
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024