Bank Of Baku

İngiltərənin ən kök insanlarından olan 15 yaşlı Corciya 127 kq arıqlamasa, öləcək

İngiltərənin ən kök insanlarından olan 15 yaşlı Corciya 127 kq arıqlamasa, öləcək
# 01 avqust 2008 13:34 (UTC +04:00)
London – APA. İngiltərənin ən kök insanlarından sayılan Corciya Davisin həyatı təhlükədədir. APA-nın məlumatına görə, 209 kq ağırlığında olan 15 yaşlı qız ən az 127 kq arıqlamasa, öləcək. Həkimlər bu barədə ailəsinə xəbərdarlıq etsə də, C. Davis yemək yeməsə, dözə bilmir. O, bir dəfəyə 7 nəfərin yeyə biləcəyi qədər qida qəbul edir. İki ay əvvəl şəkərli diabet xəstəsi olduğu üzə çıxan və hazırda çətinliklə yeriyən 15 yaşlı qız pilləkənləri çıxa və rahat nəfəs ala bilmir. Gənc qız “güzgüyə baxanda çox narahat oluram və yatağa girib ağlayıram, amma ağzımı bir dəqiqə də boş saxlaya bilmirəm”, - deyə bildirib. C. Davis arıqlamaq üçün sentyabrda ABŞ-a gedərək 6 ay orada xüsusi mərkəzdə qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR