Konyadakı faciədə ölənlərin sayı 16-ya yüksəlib

Konyadakı faciədə ölənlərin sayı 16-ya yüksəlib
# 01 avqust 2008 14:36 (UTC +04:00)
Konya – APA. Türkiyənin Konya vilayətinin Daşkənd rayonunun Balçılar qəsəbəsində məktəb və yataqxana kimi istifadə edilən binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, təbii qaz bakının partlaması nəticəsində üçmərtəbəli bina tamamilə dağılıb. Balçılar qəsəbəsi Kurs və Məktəb Şagirdlərinə Yardım Dərnəyi tərəfindən 17 il əvvəl açılan məktəbdə qızlar üçün “Quran” tədris edilirmiş. Dərnəyin sədri və məktəbin direktoru Hüseyn Gömləkçi həbs olunub. Daxili işlər naziri Bəşir Atalay, səhiyyə naziri Rəcəb Akdağ, qadın və ailə məsələləri üzrə dövlət naziri Nemət Çubukçu faciədən bir neçə saat sonra hadisə yerinə gediblər. Baş nazir Rəcəb Tayyib Ərdoğan da olay yerinə yollanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR