Türkiyənin millət vəkili və məşhur aktyoru Osman Yağmurdərəli vəfat edib

Türkiyənin millət vəkili və məşhur aktyoru Osman Yağmurdərəli vəfat edib
# 02 avqust 2008 07:18 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkən mərhum sonuncu dəfə bu il iyulun 11-də xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşılaşdığından bir neçə gün əvvəl evə buraxılan millət vəkilinin səhhəti qəflətən ağırlaşdığı üçün yenidən xəstəxanaya qaytarılıb. Həkimlərin səyinə baxmayaraq, sənətçinin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün səhər vəfat edib.
Qeyd edək ki, 1953-cü ildə anadan olan O. Yağmurdərəli Türkiyədə məşhur rejissor və aktyor kimi tanınıb. Daha sonra siyasətə qoşulan sənətçi 2007-ci ildə Türkiyədə keçirilən parlament seçkisində AKP-dən namizədliyini irəli sürüb və millət vəkili seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR