Bolqarıstanda 20 litr pivə içən sürücü sağ qalıb

Bolqarıstanda 20 litr pivə içən sürücü sağ qalıb
# 06 avqust 2008 07:15 (UTC +04:00)
Sofiya - APA. Bolqarıstanda qeyri-adi fakt qeydə alınıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu fakt polisin avtomobili sərxoş vəziyyətdə idarə edən sürücünü saxlaması zamanı üzə çıxıb. Sürücünün xüsusi boruya nəfəs verməsini istəyən polislər şoka düşüblər. Sürücünün nəfəsində demək olar ki, təmiz hava olmayıb. Sürücü isə yalnız son bir neçə saat ərzində 40 şüşə pivə içdiyini deyə bilib. Bundan sonra o, huşunu itirərək yıxılıb.
20 litr pivə içmiş sürücünü çətinliklə ayıldan həkimlər onun sağ qalmasına təəccübləniblər. Çünki onun qanında aşkar olunan alkoqolun həcmi normadan dəfələrlə çox olub. Bolqar həkimlərin fikrincə, əgər insanın qanında 0,4% alkoqol aşkarlanarsa, ölüm baş verə bilər. Sürücünün qanında isə alkoqolun həcmi 0,841% olub.
Qeyd edək ki, pivə həvəskarı olan sürücünün bu “göstərici” ilə Ginnesin Rekordlar Kitabına düşmək şansı da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR