Bank Of Baku

Paris univermaqlarından birində 5 partlayıcı qurğu aşkarlanıb

Paris univermaqlarından birində 5 partlayıcı qurğu aşkarlanıb
# 16 dekabr 2008 13:01 (UTC +04:00)
Paris-APA. Fransız polis Parisin mərkəzindəki Printemps Haussmann univermağına bomba qoyulduğu barədə məlumatdan sonra şəxsi heyət və alıcıları təcili evakuasiya edib. APA-nın məlumatına görə, hadisə yerinə çağırılan minaaxtaranlar univermağın ərazisində beş bomba taparaq zərərsizləşdiriblər. Partlayıcıların detonatorlarını tapmaq mümkün olmayıb. Qeyd edək ki, univermağa partlayıcı maddə qoyulduğu barədə məlumatı “France Press” agentliyi yayıb. Agentliyə məktub göndərən “Əfqanıstan İnqilab Cəbhəsi” adlı təşkilat univermağın partladılacağı ilə bağlı xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR