Bank Of Baku

Avropa Məhkəməsi Litva hökumətinin ölkədən deportasiya olunan azərbaycanlıya təzminat ödəməsi barədə qərar çıxarıb

Avropa Məhkəməsi Litva hökumətinin ölkədən deportasiya olunan azərbaycanlıya təzminat ödəməsi barədə qərar çıxarıb
# 17 dekabr 2008 07:39 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, hazırda Avstriyada yaşayan 1971-ci il təvəllüdlü İbrahim Quliyev şəxsi həyat və ailə qurmaq hüququnun pozulması maddəsinin pozulduğunu iddia edərək AİHM-ə müraciət edib. Həyat yoldaşı və iki övladı Litvada yaşayan bu şəxs hakimiyyət orqanlarının qərarı ilə ölkədən deportasiya olunub və 2099-cu ilə kimi Litvaya qayıtmasına qadağa qoyulub.

Litva hakimiyyət orqanları İbrahim Quliyevin ölkənin milli təhlükəsizlik maraqlarına təhlükə doğurması səbəbilə ölkədən deportasiya olunduğunu bildirirlər. Lakin rəsmi Vilnüs bu iddianı əsaslandırmaq üçün məhkəməyə dəlillər təqdim edə bilməyib. Bundan başqa İbrahim Quliyevin həyat yoldaşı və övladlarının Litva vətəndaşları olduqları, bu ölkə ilə sıx sosial və mədəni əlaqələrə malik olduqları müəyyənləşib.

Bu dəlilləri araşdıran məhkəmə Litva hökumətinin İbrahim Quliyevə dəyən mənəvi zərərə görə 5 min, məhkəmə xərclərinin ödənilməsi üçün isə 700 avro təzminat ödənilməsi barədə qərar çıxarıb. Əgər tərəflər üç ay ərzində işin Avropa İnsan Hüquqları Məhkəməsinin Ali Palatasının icraatına verilməsi barədə müraciət etməsələr, bu, yekun hökm hesab olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR